C. Dek 13th, 2019

Deputatın qovdurduğu popkorn satan oğlan TAPILDI

“Bir neçə gündür Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satan oğlanla bağlı geniş müzakirələr aparılır”.

Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, həmin oğlan tapılıb, kimliyi müəyyənləşdirilib:
“Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX – cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.
Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir.
İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək”.
Qeyd edək ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü deyib.  Deputatın iradından sonra  uşaq popkorn aparatı ilə birlikdə ərazidən uzaqlaşdırılıb.  (modern.az)

Paylaş: