Be. Dek 9th, 2019

Dini tolerantlıq – Tarxi aspektlər və Azərbaycanın seçdiyi yol

Elmi ədəbiyyatlarda “tolerantlıq” – (lat. tolerancia – hərfən dözümlülük) – dini və milli müxtəliϐliyin etirafı və ona hörmətlə yanaşılması kimi şərh edilmişdir. Qərbdə tolerantlıq problemi ilk dəfə Orta əsərlərdə yaranmış və əxlaqi fəzilət, qeyri-xristian, və yaxud bidətçi ehkam, ayin, inancların etirafı kimi nəzərdən keçirilmişdir. Dini tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur xristian ilahiyyat alimi FomaAkvinalının “Teologiyaların külliyatı” əsərində rast gəlmək olar. Yeni dövrdə tolerantlıq problemini ilk tədqiq edən ingilis ϐilosofuConLokk(1632-1704) olmuşdur. O “Tolerantlıq haqqında öyüdnamə” (“Epistola de tolerancia”) əsərində tolerantlığı əsl, həqiqi kilsənin mühüm səciyyəsi kimi əsaslandırmağa cəhd göstərmişdir. C.Lokk hesab edir ki, əgər dində məhəbbət, iltifat və mərhəmət yoxdursa, o həqiqi sayıla bilməz. İsa Məsih naminə başqasını təqib edənlər Onun təlimini eybəcərləşdirirlər. Səmimi və namuslu insanlar müxtəlif dinlərə itaət edə bilərlər və yalnız dini müxtəliϐliyə dözümlülük, cəmiyyətə sülh bəxş edə bilər. Qərbi Avropada tolerantlıq probleminə NikolayKuzanlı, PikodelaMirandola, Erazm Rotterdamlı kimi mütəfəkkir- 13 lər də xüsusi diqqət yetirmişlər. Protestant Reformasiyası da tolerantlığı dəstəkləmişdir. Tolerantlığın sonrakı tədqiqi T.Hobbs, Y.Bentam, A. de Tokvil, Volter, D.Didro, A.Smit, C.S. Mill, XX əsrdə isə G.Zimmel, T.Nükom və Frankfurt məktəbinin nümayəndələrinin adı ilə bağlıdır. Dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq bir neçə növdə ola bilər. Bunlar aşağıdakılardır:

  1. Başqa din mənsubuna qarşı tolerantlıq (xristian-müsəlman, müsəlman-buddist, xristian-buddist və s.) 2. Başqa təriqət nümayəndələrinə qarşı tolerantlıq (katolik-protestant, protestant-pravoslav, sünni-şiə) 3. Sektant hərəkatlarına qarşı tolerantlıq
  2. İnanclı ilə inancsız arasındakı tolerantlıq (mömin-ateist) və s.

Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir. Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmiş və etməkdədirlər. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır.

Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış, burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olmuşdur. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz rol oynadığını vurğulayan Azərbaycan Respublikasının prezidenti İ.Əliyev bu ϐikri aşağıdakı kimi şərh edərək demişdir:

“Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəliϐliyingünümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır”.

Azərbaycanın təşəbbüsü ilə din və mədəniyyətlə bağlı çoxsaylı beynəlxalq konfransların ölkəmizdə keçirilməsi və dini 15 tolerantlıq sahəsində Azərbaycanın başqa ölkələr üçün nümunə olması, elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda dini tolerantlıqla bağlı yeni müddəaların hazırlanıb təşviq edilməsi olmuşdur. Son illərdə respublikada keçirilən konfranslar, əsasən, aşağıdakı mövzuları əhatə etmişdir:

  1. «İslam sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq elmi-praktik konfrans (10 dekabr 1998).
  2. Azərbaycanda fəaliyyət göstərən dini icma başçıları ilə ulu öndər H.Əliyevin geniş miqyaslı görüşü keçirilmişdir (16 noyabr 1999).
  3. «Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması» mövzusunda beynəlxalq elmi-praktik konfrans (10-11 oktyabr 2002).
  4. «Din və demokratiya: nəzəriyyə və təcrübə» mövzusunda beynəlxalq elmi-praktik konfrans (21 iyun 2004).
  5. «H.Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər» mövzusunda beynəlxalq elmi-praktik konfrans (3-4 aprel 2007).
  6. «Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-lərin rolu» mövzusunda elmi-praktik konfrans (26-28 aprel 2007).
  7. «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusunda beynəlxalq elmi-praktik konfrans (6 noyabr 2009).
  8. «Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu» mövzusunda beynəlxalq elmi-praktik konfrans (27-28 sentyabr 2007).
  9. «Mədəniyyətlərarası dialoq – Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda beynəlxalq elmi-praktik konfrans (2-3 dekabr 2008).
  10. «İslam mədəniyyəti və müasir dünyada dialoq» mövzusunda beynəlxalq elmi-praktik konfrans (30 aprel 2009).
  11. QMİ-nin təşəbbüsü ilə Moskva şəhərində «MDB müsəlmanları millətlərarası həmrəylik uğrunda» adlı beynəlxalq konfrans (18 iyun 2009).
  12. Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010).
  13. «Azərbaycan: Sivilizasiyalararası dialoqun keçmişi və bu günü» mövzusunda beynəlxalq elmi-praktik konfrans (19 aprel 2006).
  14. «Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi» mövzusunda beynəlxalq Forum (10 iyun 2008).
  15. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel 2011).
  16. «İslamda mədəniyyət və gözəllik amili» mövzusunda beynəlxalq elmi-praktik konfrans (9-10 noyabr 2009).
  17. «Dəyişən dünyada tolerantlığın gücləndirilməsi» mövzusunda I Beynəlxalq Bakı Forumu (19-21 dekab 2012).
Yazı Əqli Mülkiyyətçilərə Kömək İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” layihəsi çərçivəsində dərc olunur.

 

Paylaş: