C. Dek 13th, 2019

İSBAM rəhbərliyi Mübariz İbrahimovun adını daşıyan məktəb-litsey kompleksində – Tədbir + FOTO

Bu gün Biləsuvar rayonunda İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan biləsuvar məktəb-litsey kompleksində “Vətən saatı” adli lahiyə çərçivəsində bir qrup şagirdlə görüş keçirilib. 
Turkustan.info-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan litseyin direktoru Bəhruz Mehdiyevkompleks haqqında qonaqlara məlumat verib və daha sonra vətənpərvərlik istiqamətində litseydə həyata keçirilən proqramlar haqqında danışıb.
“Vətən saati” lahiyəsinin ideya müəllifi, yaziçi-publisist Azər Hacibəyli şagirdlər qarşısında çıxış edərək, Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığının hər bir gəncə nümunə olduğunu bildirib. O, Milli Qəhrəmana həsr etdiyi kitabla bağlı da fikirlərini bölüşüb. 
Tədbirdə İSBAM sədri Samir Adigözəlli çıxış edərək şagirdləri və tələbələri vətənpərvərlik ruhunda tərbiyələnməyi ilə yanaşı, elmi biliklərə dərindən yiyələnməklərinin vacibliyini diqqətə çatdırıb. 
Daha sonra İSBAM sədrinin müşaviri, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı şagirdlər qarşısında çıxış edərək, şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə şəhidlərimiz haqqinda inşa yazı müsabiqəsinin keçirilməsini təklif etdi. 
Görüşdə iştirak edən dünya çempionu Araz Musayev, QHT rəhbəri Azər Həsənsoy, Hüquqşunas Ramil Rüstəmov da çıxış edərək şagirdlərə vətənpərvərlik istiqamətində tövsiyyələr verib. Azərbaycanın gələcək inkişafında gənclərin rolundan danışdılar. 
Tədbirdə Azərbaycanın ordu quruculuğu ilə bağlı sənədli film nümayiş etdirilib və şagirdlərlə mövzu ətrafinda maraqlı dialoq aparılıb. 
Sonda İSBAM sədri litsey rəhbərinə səmimi qəbula, görüş üçün yaradılan şəraitə görə təşəkkürünü bildirdi. Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önündə litseyin bir qrup əlaçı şagirdləri ilə xatirə şəkli çəkilib.

Paylaş: