Ça. Avq 20th, 2019

Moskvada hərbi parad keçirilir – CANLI YAYIM

Moskvada, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə parad keçirilir.

Turkustan.info xəbər verir ki, parad yerli vaxtla saat 10-da başlayıb. Prezident Vladimir Putinlə yanaşı bir sıra dövlət və hökumət başçıları paradı canlı izləyir.

Qırmızı Meydandan minlərlə əsgər və müxtəlif hərbi texnika keçəcək. Paradda bir sıra yeni hərbi texnikaların nümayiş olunacağı istisna edilmir.

Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşanı işğal etməsiylə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb.  Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox döyüşçü göndərib. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.   /Redaktor.az/

Paylaş: