Be. Sen 16th, 2019

Prezident DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Paylaş: