Be. Okt 14th, 2019

Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Belə ki, Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə klub müəssisələrinin birgə tədbiri keçirilib. N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə “N” saylı hərbi hissənin əsgər heyəti, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qonaqlar əvvəlcə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən təşkil olunmuş kitab sərgisi ilə tanış olublar. Tədbirdə ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, mədəniyyət sahəsində gördüyü işlər diqqətə çatdırılıb. Sonra tədbir özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə gənc müğənnilər İbrahim Fərzəliyev “Torpağın səsi”, Pənah Məmmədli “Yaşa Azərbaycan”, Şəbnəm Xanmədova “Azərbaycan”, Zaur Yusifli “Sən elə bir zirvəsən”, Kamil Ağazadə “Nə gözəldir Azərbaycan” mahnılarını və aşıq Elməddin Məmmədli “Misri” aşıq havasını ifa ediblər.

Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə aparıcı Əlipaşa Paşayev ümummilli lider Heydər Əliyevin dövlətə rəhbər etdiyi dövrdə onun sosial-iqtisadi, ordu quruculuğunda gördüyü işlərdən, Ə.Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı Heydər Əliyevin siyasi-diplomatik fəaliyyəti və dövlətçilik təcrübəsi haqqında danışıblar. Sonra mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri Şəhanə Qurbanova “Ulu Öndər”, Aytən Cəfərova “Axtarır səni”, Fidan Qədirli “Vətən oğlu”, Zəhra Kiçikbəyova “Heydər Əliyev” şeirlərini, solistlər Zaur Yusifli “Xalq Heydər söyləyəcək”, Əlipaşa Paşayev “İki Dövlət, bir millət”, Kamil Ağazadə “Azərbaycan” mahnılarını ifa ediblər.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində də silsilə tədbirlər keçirilib. Mərkəzdə “Asan Könüllüləri” Təşkilatının Sumqayıt Regional “ASAN xidmət” mərkəzi nümayəndəliyi tərəfindən ntellektual yarışma, 21 nömrəli körpələr evi-uşaq bağçasının hazırladığı tədbir, Sumqayıt şəhər 15, 19, 40 saylı orta məktəblərin və  Qubadlı rayon Mərdanlı kənd orta məktəbinin  şagirdlərinin ekskursiyası baş tutub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

Paylaş: