Be. Sen 16th, 2019

Xəzərdə partlayış zamanı xarici neftçilər də xəsarət alıblar – VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib. Daha sonra yanğın başlayıb.

Turkustan.info xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Yaralananlardan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə özəl klinikalardan birinə aparılıb. 3 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlardan iki nəfəri Azərbaycan, biri isə Malayziya vətəndaşıdır.

Digər yaralılar arasında Xorvatiya, Rumıniya və digər xarici ölkə vətəndaşları da var. Yaralılar Ələt qəsəbəsindəki dəniz limanı vasitəsilə sahilə, oradan isə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

“İsrafil Hüseynov” borudüzən gəmisi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə sözügedən şirkətin nümayəndələri çalışırlar. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

/Oxu.Az/

Paylaş: