Ca. Dek 12th, 2019

Bakı avtovağzalında sərnişinlər üçün pulsuz xidmət yaradıldı – FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb.

BBAK-dan verilən məlumata görə, sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilərlər.

Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib.

BBAK sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün təyin olunan yerdə saxlamalarını xahiş edir: “Hazırda 20 araba mövcuddur, bir neçə günə sayı artırılacaq!”.

/Yeniavaz.com/

Paylaş: