Ça. Dek 10th, 2019

Türkiyə çıxış yolunu tapdı: Dollar belə çökdürüləcək – Qısa müddətdə…

Amerika Birləşmiş Ştatlarının son zamanlarda dolları Çin, İran, eyni zamanda, Türkiyəyə qarşı iqtisadi təzyiq vasitəsinə çevirməsi bu valyutadan istifadə edən dünya ölkələrini təşvişə salıb.

Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfi (SETA) dolların hökmü ilə irəliləyən mövcud qlobal, ticarət və maliyyə sisteminin analiz edildiyi “Çoxqütblü dünyada dolları nə əvəz edəcək?” hesabatını yayımlayıb.

SETA-nın sənədində dolların qlobal valyutaya necə çevrildiyi, mövcud dominantlığının nə qədər davam edəcəyi və gələcəkdə onu nəyin əvəz edəcəyi ilə bağlı fikirlərə yer verilib.

Sistemdən zərər görən ölkələr axtarışdadır

Mövcud sistemdən gedərək artan səviyyədə zərər görən ölkələrin axtarışları bir neçə istiqamətdə dəyərləndirilib: “Donald Tramp hökumətinin ABŞ-ın qlobal miqyasda iqtisadi-maliyyə mövqeyini açıq şəkildə mənfiyə doğru aparmasına şahidlik edirik. Bu çərçivədə ABŞ bir tərəfdən siyasi bir təsirə sahibdir. Müxtəlif bəhanələrlə Çin kimi bir çox nəhəng ölkəyə ticarət sanksiyaları tətbiq etməkdən çəkinmir. Digər tərəfdən Türkiyədəki kimi siyasi hədəflərə çatmaq məqsədilə dolları silah olaraq istifadə edir. Bütün bunlar daha əvvəl olduğu kimi, bir daha dolların etibarını böyük miqyasda zədələyir. Mövcud sistemin yerinə alternativ axtarışlarını sürətləndirir”.

Qısa müddətdə…

Sənəddə qeyd olunub ki, dollar üzərində qurulan mövcud iqtisadi və maliyyə sistemi bir günün içində yerini başqa sistemə verə bilməz. Dollar qısa müddətdə də olsa, qlobal hökmranlığını davam etdirəcək.

Vaşinqton pozisiyasını itirdi

Dolların ancaq ABŞ qlobal hegemon güc ikən mövcud mövqeyini qoruya biləcəyi vurğulanıb: “Vaşinqton bu mövqeyini itirsə, dollar da mövcud mövqeyini sürətli şəkildə itirəcək və qlobal gücdən məhrum qalacaq”.

Dolların hakim olduğu sistemdən mərhələli keçid gəlir

Sənəddə qeyd edilib ki, təkqütblü sistemdən çoxqütblü sistemə keçid zamanı dolların hakim olduğu sistemdən bir və ya birdən çox beynəlxalq mücərrəd valyutanın hökm sürdüyü sistemə keçidin gerçəkləşməsi daha real ehtimaldır: “Bu gün dünya sözügedən prosesin ilk mərhələlərini yaşayır. Burada ölkələr arasındakı ikili ticarət münasibətlərinin zaman içində daha irəli səviyyəyə aparılması zəruridir. İkinci mərhələ regional mübadilə birlikləridir ki, Robert Triffinin (belçikalı iqtisadçı, Harvard Univetsitetinin doktoru) müdafiə etdiyi və Avropa üçün reallaşmasını istədiyi şey də bu olub”. (publika.az)

Paylaş: