Bz. Sen 22nd, 2019

Elçibəyi birgə ziyarətə DƏVƏT

“Biz özünü müdafiə dövründən özünü təsdiq dövrünə keçəndə Azərbaycanın müstəqilliyi uğurunda təşkilatlanaraq mübarizə aparan Xalq Cəbhəsindən partiyalara keçəcəyik. Partiyalar müstəqil Azərbaycanın demokratikləşməsinə özlərinin töhvəsini verəcək. Sonra xalqımız gərgin vəziyyətə düşəndə yenə özünü müdafiə halına keçəcək və bu zaman demokratik, milli mücadilə aparan partiyalar birləşib yeni növ Xalq Cəbhəsi yaradacaq”.

Əbülfəz Elçibəy

Millətimizin, dövlətimizin, Vətənimizin düşdüyü son qaranlığı və gərgin vəziyyəti aradan qaldırmaq üçün yeni növ -MILLI GÜC ITIFAQI nın yaranmasını zəruri hesab edən BƏYAZ HƏRƏKAT Rəsulzadə ideyası ilə silahlanıb Elçi Bəy yolunu gedən bütün partiyaları, ictimai təşkilatları, ziyalıları və gənclərimizi 24 iyun tarixində, saat 11-00 da Türklük günü və Elçibəyin dogum günü münasibəti ilə (20 nömrəli məktəbin önündən) Fəxri Xiyabana birgə yürüşə dəvət edirik. Qoy həmin gün birliyimizin, İttifaqımızın, bütövlük mübarizəmizin yeni bir dönəminin başlangıcı və müjdəçisi olsun.

Bəyaz Hərəkat təşkilat komitəsi

Paylaş: