Ça. Avq 20th, 2019

Poroşenko ilə Zelenski arasında qarşıdurma – “Ukrayna onun üçün Misir oteli deyil…”

Ukrayna prezidenti Petro Poroşenko yeni ölkə prezidentinin andiçmə mərasiminin təxirə salınması ilə bağlı Vladimir Zelenskinin ittihamını rədd edib. Onun bu bəyanatı prezidentin mətbuat xidmətinin rəsmi “Feysbuk” səhifəsində yerləşdirilib.

Poroşenko bildirib ki, andiçmə mərasimi ilə bağlı Zelenskinin təklif etdiyi istənilən vaxtı qəbul etməyə hazırdır, amma bu barədə qərarı ölkə parlamenti verir. Poroşenko hesab edir ki, ölkənin yeni prezidenti seçilmiş Vladimir Zelenski onu əbəs yerə tənqid edir.

“Ukrayna, cənab Zelenskiyə göründüyü kimi Misir otelində nömrə deyil. Hakimiyyətin təhvil verilməsi cətin və məsuliyyətli bir prosesdir”, Poroşenkonun bəyanatında deyilir.

Vladimir Zelenski bundan əvvəl-mayın 9-da parlamentin hərəkətini tənqid eləmiş və sədr Andrey Parubiyadan andiçmə mərasiminin mayın 19-a təyin edilməsini tələb etmişdi. Zelenski videomüraciətində prezident Poroşenkonu da tənqid edib, onu mehmanxana otağını vaxtında tərk etməyən “tərbiyəsiz turist” adlandırıb.

Paylaş: