Ça. Dek 10th, 2019

“WhatsApp” bu telefonlarda işləməyəcək

79201872 - new york, usa - may 22, 2017: whatsapp app menu on modern smartphone macro. man using whatsapp application

“WhatsApp” messenceri 2019-cu il dekabrın 31-dən etibarən “Windows Phone” əsaslı bütün əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq.

Turkustan.info “ICTnews”a istinadən xəbər verir ki, dəstəklənmə dayandırıldıqdan sonra messencer “Windows Phone” əməliyyat sistemli mobil qurğularda işləməyəcək.

Məlumata görə, bu səbəbdən “Android” (4.0.3 və daha yuxarı versiyalar) və “iOS” (8 və daha yuxarı versiyalar) əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulardan istifadə tövsiyə edilir. Bundan başqa, “KaiOS” (2.5.1 versiyaları və daha yeniləri) əməliyyat sistemli bir sıra qurğular dəstəklənəcək.

Qeyd edək ki, “Microsoft” şirkəti də “Windows Phone” sistemini əvəzləyən “Windows 10 Mobile” əməliyyat sistemini inkişaf etdirməkdən imtina edib. Belə ki, şirkət yanvarda bəyan edib ki, 2019-cu ilin dekabrında “Windows 10 Mobile” əməliyyat sistemi üçün yenilənmələrin buraxılışı dayandırılacaq. “Microsoft” bu sistemlə işləyən qurğu istifadəçilərinə dəstək dayandırıldıqdan sonra “Android” və ya “iOS” əməliyyat sistemlərinə keçməyi tövsiyə edib. /yenicag.az/

Paylaş: