Ç. Dek 11th, 2019

Klonlaşma: Şərqi Avropada 3 klon insan yaşayır

Klonlaşma hər zaman maraq və mübahisə mövzusu olub. İtalyan alim Severino Antinori indi də iddia edir ki, o, 2000-ci ildə 3 klon insan yaradıb və onlar hələ də yaşayır. Klon yaratmaq və onu uzun müddət yaşatmaq əfsanədir, ya həqiqət?

Alimlər deyirlər ki, həqiqətdir. Azərbaycanlı alimlər də həmkarlarını təsdiqləyirlər. Belə ki, insanın klonlaşdırılması onun genetik cəhətdən eyni nüsxəsinin yaradılması deməkdir. Özü də tam eynisi.

Biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov isə bunun mexanizmini çox sadə olduğunu deyir: “Bütün bunlar mikroskop vasitəsilə görülən işdir və əslində, o qədər də çətin deyil. İnsanın dəri hüceyrəsindən götürülən nüvə ilə embrion hüceyrəsi yaradılır. Sadə dildə desək, hər hansı mayalanmış insan yumurtası götürülür və onun nüvəsi çıxarılır, klonlaşdırılacaq insandan götürülən nüvə ora yerləşdirilir, vəssalam.

Bu hüceyrənin genomu 100 faiz insanın öz genomu olur. Amma belə sadə göründüyünə baxmayın, çox bahalı işdir. Tarixdə belə hallar olub, bəzi görkəmli insanların dırnağını, saçını, hətta spermasını saxlayıblar ki, nə vaxtsa onlar klonlaşdırılacaq”.

Alim deyir ki, yaxın keçmişdə bu məsələ daha geniş vüsət almışdı.

Onu da qeyd edək ki, ilk dəfə klonlaşdırılan Dolli adlı bir qoyun olub. Lakin bu klon uzun müddət yaşaya bilməyib. Bildirildiyinə görə, hazırda bir neçə insan klonu olsa da, gizlədilir. Səbəbi isə insanın klonlaşdırılmasının qadağan olması ilə bağlıdır. Ona görə də heç bir alim yaratdığı klonu rəsmən etiraf etmir. Lakin bir çox mənbələr təsdiqləyir ki, ən azı Şərqi Avropada 3 nəfər klon insan var, onların yaranmasında məşhur “Dolli” metodundan istifadə edilib.

 İndiyə kimi olan klonlaşdırmalar zamanı nüvə əsasən dəridən götürülüb. Maraqlıdır, niyə məhz dəridən? Alim deyir ki, əslində istənilən hüceyrədən nüvə götürmək olar. Amma dəridən zədələnməmiş nüvəni ayırmaq daha asandır.

Klonlaşma zamanı mayalanmış insan yumurtasından nəzərdə tutulan yox, əslində başqa bir insan yaranır. Klon embrion həmin mayalanmış yumurtada inkişaf edir, lakin formalaşması üçün informasiya başqa gendən gəlir. Sonra surroqat ana tapılır və embrion ona köçürülür. Onu da qeyd edək ki, klon hüceyrəsi götürülən insanın eynisi olsa da, yaş baxımından belə deyil. Məsələn, 30 yaşında bir insanın klonu yaradılırsa, onun əsli ilə klonu arasında 30 yaş fərq olacaq.  /e-tibb.az/

Paylaş: