Ça. Avq 20th, 2019

Körfəzdə ilk toqquşma – BƏƏ gəmisi zədələndi, Vaşinqton İranla bağlı xəbərdarlıq etdi

Vaşinqton Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində gəmilərə qarşı mümkün “sabotaj aktı” barədə xəbərdarlıq edib. Bu xəbərdarlıq İranla münasibətlərdə gərginliyin yüksəldiyi bir dönəmə təsadüf edir.

Xəbərdarlıq mayın 13-də səhər səsləndirilib. Bir gün öncə isə BƏƏ Füceyrə sahillərindəki gəmilərindən dördünə qarşı sabotaj törədildiyini bildirmişdi.

Mayın 12-də Xarici İşlər Nazirliyi Oman Körfəzindəki insidenti “təhlükəli” adlandırıb.

Nazirlik xəsarət, yaxud ölüm hallarının olmadığını deyib, ancaq hadisəyə görə kimin məsuliyyət daşıdığını açıqlamayıb, iddia olunan sabotajı detallı təsvir də etməyib.

Bundan öncə isə Əl-Füceyrə əmirliyi limanında partlayışlar baş verməsini iddia edən media məlumatlarını təkzib edib.

Ötən həftə Birləşmiş Ştatlar əsas neft və təbii qaz dəhlizi olan Körfəzə təyyarədaşıyan qrup və bombardmançı təyyarələr göndərdiyini açıqlayıb. Rəsmilər Vaşinqtonun bu addımlarını ABŞ və müttəfiqlərinin regiondakı maraqlarına İrandan təhdidlərin “aşkar əlamətləri”nə qarşı atıldığını söyləyib.

Bu arada Səudiyyə Ərəbistanından oxşar informasiya yayılıb. Səudiyyə BƏƏ sahillərindəki iki neft tankerinin “sabotaj hücumu” ilə hədəfə alındığını bildirib.

Enerji naziri Xalid əl Falid mayın 13-də bildirib ki, gəmilərdən birinə Səudiyyənin xam nefti yüklənməliydi. Mayın 12-də törədilmiş hücumun hər hansı itkiyə, yaxud neft sızmasına səbəb olmadığı, ancaq iki gəminin strukturuna ciddi xəsarət yetirildiyi bildirilir.

Paylaş: