Ca. Avq 22nd, 2019

Putinin əkiz oğlanları doğuldu

Məşhur rusiyalı keçmiş gimnast Alina Kabayeva əkiz dünyaya gətirib.
Bu məlumatı “Dom2life” portalı yayıb. Məlumata görə, Kabayeva övladlarını mayın 7-də Moskvanın Kulakova adına Ginekologiya və Mamaçalıq Mərkəzində dünyaya gətirib.
Sayt dünyaya gələn uşaqların oğlan olduğunu bildirib. Keçmiş idmançının xəstəxanada xüsusi palatada qaldığı və hətta onunla eyni mərtəbədə olan şəxslərin xəstəxananın başqa yerlərinə köçürüldüyü vurğulanıb. Üstəlik, Kabayeva xəstəxanada qaldığı müddət ərzində tibb müəssisəsinin ətrafında çoxsaylı mühafizəçilərin keşik çəkdiyi və yad şəxslərin xəstəxanaya buraxılmadığı qeyd edilib. Həmçinin 36 yaşlı anaya qida Moskvanın elit restoranlarından birindən gətirilib.
Qeyd edək ki, 2008-ci ildən etibarən Alina Kabayeva ilə Rusiya Prezidenti Vladimir Putin arasında xüsusi münasibətlərin olması haqqında məlumat yayılır. Putin dəfələrlə bu məlumatı təkzib etsə də, Kabayeva bu barədə suallardan daim qaçır.
Bu dövr ərzində Putin öz həyat yoldaşından ayrılıb, Kabayeva isə gözlənilmədən böyük sərvət əldə edib və mühüm vəzifələrə yüksəlib. (axar.az )

Paylaş: