İraq Rusiyadan “S-400” almaq niyyətindədir.
Turkustan.info “Rossiya Segodnya” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Moskvadakı səfiri Mənsur Hadi açıqlama verib. O, rəsmi Bağdadın bu barədə qərar qəbul etdiyini bildirib. Açıqlamanın ABŞ-ın İraqdan təcili vəziyyətlərlə bağlı səlahiyyətli diplomatlardan başqa bütün dövlət işçilərini geri çağırmasından sonra səslənməsi diqqət çəkir.
Qeyd edək ki, Hindistan və bəzi Ərəb ölkələri də Rusiyada “S-400” almaq istəyir. Lakin həmin ölkələr ABŞ-ın təzyiqi ilə üzləşib. /Redaktor.az/