Bz. Dek 15th, 2019

ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi keçiriləcək

2018-ci ilin 16-28  iyul  tarixlərində keçirilən, respublikamızın ali təhsil müəssisələri ilə yanaşı Belarus, Qazaxıstan, Gürcüstan, Çin Xalq Respublikası,  Çexiya, Türkiyə, Rusiya,  Polşa, Özbəkistan və İran İslam Respublikasının ali təhsil müəssisələrindən34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq yay məktəbinin universitetin beynəlxalq nüfuzunun artırılması, dövlətimizin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, 2019-cu ilin 8-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi təşkil olunması qərara alınıb. Məktəbin təşkilində məqsəd yerli və xarici ali təhsil müəssisələrinin bakalavriat tələbələrini bir yerə toplamaqla, aqrar sahənin innovasiyalı inkişafının müasir vəziyyətini  və perspektivlərini müzakirə etməkdir.

Yay məktəbində yaşayış və qidalanma xərclərinin universitetin büdcədənkənar vəsaiti, səfər və viza xərclərinin iştirakçıların hesabına ödənilməsi nəzərdə tutulub

Müraciət üçün son tarix 31 may 2019-cu il.

Əlavə məlumatları universitetin www.adau.edu.azinternet səhifəsindən əldə etmək olar

Paylaş: