ADAU-nun alimləri növbəti təlimi Salyan və Sabirabadda keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, kafedranın dosent əvəzi Fəqan Ağayev, bitkiçilik və bitki mühafizəsi kafedrasının assisteni Sahil Quliyev, həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosent əvəzi Osman Əliyev tərəvəz bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda növbəti təlimi Salyan və Sabirabad rayonlarında Dövlət Aqrar İnkişaf Mərkəzində və tarla şəraitində keçiblər.
Təlim qarşılıqlı diskusiya şəkilində aparılıb. Fermerləri maraqlandıran suallar cavablandırılıb.