Bz. Sen 22nd, 2019

Civəli termometrin sınması niyə qorxulu sayılır?

Civəli termometrin sınması həmişə təhlükəli hesab olunub. Ancaq çoxları içində təhlükəli hesab edilən maddənin olduğu bu əşya sınan zaman nə edilməli olduğunu bilmir.

Turkustan.info xəbər verir ki, bu metal ağır və maye formasındadır. Asanlıqla nəfəslə orqanizmə sovrulur. Bu zaman civə zəhərlənməsi deyilən qorxulu hal yarana bilər. Civə ilə zəhərlənmə zamanı ən çox sinir sistemi və böyrəklər zədələnir.

Termometr sınan zaman isə içərisindəki civə otaq şəraitində asanlıqla buxarlanır. Evdə termometr sınsa, bu qaydalara əmək etmək vacibdir: uşaqları həmin otaqdan çıxartmaq, tez bir zamanda otağın havasını dəyişmək, civəni içində su olan ağzı bərk bağlanan qaba yığmaq (əllə civəyə toxunmaq olmaz).

Civəni şprisdən istifadə edərək yığmaq olar. Daha sonra qaba boşaldıb ağzını möhkəm bağlamaq lazımdır. Civəni yığmaq üçün tozsoran və süpürgədən istifadə etmək olmaz! Bunları edə bilmədikdə isə Fövqəladı Hallar Nazirliyi və Toksikologiya mərkəzi ilə əlaqə saxlamaq lazımdır.

Civə evdə qaldıqda buxarlanıb zəhərlənmə verə bilər, ona görə yuxarda qeyd etdiklərimizə riayət etmək vacibdir! /Axar.az/

Paylaş: