Ca. Avq 22nd, 2019

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü – VİDEO

Türkiyədə məşhur iş adamı “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.
İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. 
Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.
İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. 
Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. 
Qeyd edək ki, “Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var. (baku.ws)

Paylaş: