C. Sen 20th, 2019

“Ordumuzun Lələtəpə və Günnüt zəfərlərindəki qəhrəmanlığı gələcək qələbələrin qarantıdır” — Millət vəkili

“Azərbaycan Ordusu 2016-ci il Aprel döyüşlərindəın sonra ikinci dəfə Ali Baş Komandanın rəhbərliyi ilə 2018-ci ilin mayın 20-də Naxçıvanın Şərur rayonun işğal altında olan Günnüt kəndi istiqamətində uğurlu hərbi əməliyyat həyata keçirdi. Bu əməliyyat nəticəsində işğalçı erməni ordusu darmadağın edilərək strateji yüksəklikləri əldən verərək geri çəkilmək zorunda qaldı. Ordumuzun bu uğrulu əməliyyatı nəticəsində həmin ərazilərdə yaşayan əhalimizin təhlükəsizliyi təmin olundu, həm də İrəvan-Laçın-Xankəndi kimi strateji bir yol nəzarətə götürüldü”.

Turkustan.info bildirir ki, bunu “Ölkə.Az” a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu strateji yüksəkliklərə ələ keçriməklə minlərlə hektar ərazini işğaldan azad edərək, orada həyatı bərpa etdi. 
“Bildiyiniz kimi mənfur  düşmənin hərbi birləşmələri  mütəmadi olaraq atəşkəsi pozaraq əhalinin narahatçılığına səbəb olurdu, onlara kənd təsərrüfatı və digər gündəlik işlərini həyata keçirməkdə maneçilik yaradırdılar. Bu əməliyyat nəticəsində artıq sərhədyanı ərazilərdə yaşayan insanlarımızın təhlükəsizliyi təmin olundu. 

Digər mühüm məqam isə Azərbaycan Ordusu Ermənistanın Naxçıvanla həmsərhəd  yaşayış məntəqlərinə nəzarəti ələ keçirməklə, İrəvan-Laçın-Xankəndi yolunda baş verən proseslərə izləmək imkanı əldə edib. Əminəm ki, Azərbayan Ordusunun istər 2016-ci ilə Apreldə Lələtəpə, istərsə də 2018-ci il may ayındakı Günnüt  əməliyyatındakı qəhrəmanlığı, şücaəti gələcək zəfərlərimizin və qələbələrimizin qarantıdır”, –  M.İbrahimqızı deyib.

Paylaş: