Be. Avq 19th, 2019

Sumqayıtda “Yeddi yazarla bir görüş” adlı tədbir keçirilib

AYB Sumqayıt bölməsi və N.Gəncəvi adına Kitabxana-klubun birgə təşkilatçılığı ilə “Yeddi yazarla bir görüş” adlı tədbir keçirilib.

N.Gəncəvi adına Kitabxana-klubun müdiri Zərnigar Babayeva çıxış edərək Sumqayıtın 70 illiyi ərəfəsində keçirilən belə tədbirlərin şəhərin yubileyinə bir tövhə olduğunu vurğulayıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu tədbirin Laçının işğal günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını vurğulayaraq bildirdi ki, tarixi tarixçilərdən daha çox şairlər və yazıçılar nəsillərin yaddaşına ötürür. Və bu gün hər bir şairin ən aktual mövzusu təbii ki, Qarabağda baş verən hadisələrdir.

Sonra söz yazarlara verilib. Şair Ələsgər Həsənli, Rəhilə Veysəlli və İlqar Həbibi  öz yaradıcılıqlarından nümunələr oxudular. Zirəddin Qafarlı, Məryəm Aslanqızı, Hafiz İmamnəzərli, Əlisəfa Əhmədoğlu  yazarlarımızın yaradıcılığı  haqqında öz fikirlərini söyləyiblər. Sonda N.Gəncəvi adına  Kitabxana-klubun müdiri Zərnigar Babayeva şairlərə və  tədbir iştirakçılarına  təşəkkürünü bildirib, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Paylaş: