Bz. Noy 17th, 2019

Fuad Abbasovu aşağılayanlar CƏZALANDIRILSIN! – Polad Bülbüloğluna müraciət edildi

Tanınmış jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi və həbs edilərkən mənəvi, fiziki işgəncə görməsi ilə əlaqədar olaraq Dünya Azərbaycanlıları Assambleyası (DAA) Rusiya hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Rusiya Federasiyası Ombudsmanına, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan səfirliyinə və təşkilatlara müraciət ünvanlayıb. 
Məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarına və Ombudsmanına müraciətdə deyilir: 
“Jurnalistə qarşı bu cür qeyri-insani davranışın qəbuledilməz olduğunu və bu addımın Rusiyanın insan haqlarının qorunması ilə bağlı öhdəlik olaraq üzərinə götürdüyü beynəlxalq hüquq normalarına, qoşulduğu beynəlxalq konvensiyalarla uyğun gəlmədiyini bildirir, bu hadisənin həm Rusiyada, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda təəssüff və hiddət doğurduğunu bildirir, jurnalistə qarşı vəhşi davranış göstərənlərin təcili cəzalandırılmasını sizdən rica edirik”.
Təşkilatın Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə müraciətində isə deyilir: 
“Hörmətli səfir, sizin diqqətinizi jurnalist Fuad Abbasovun məsələsinə yönəldir, olaya müdaxilənizi rica edirik. Azərbaycan vətəndaşına, xüsusən jurnalistə qarşı bu cür aşağılayıcı, qeyri-insani davranışın Rusiya-Azərbaycan münasibətlərinin ruhuna adekvat olmadığını bildirir, ölkəmizi təmsil edən bir səfir olaraq Azərbaycan vətəndaşına qarşı bu olayı şəxsi nəzarətinizə götürməyi, qeyri-insani davranış göstərənlərin ciddi cəzalanmasına nail olmanızı rica edirik”. 

Bununla yanaşı DAA Rusiyada fəaliyyət göstərən təşkilatların da bu qeyri-insani davranışa qarşı həmrəy olub etiraz səsi çıxarmasının vacibliyini vurğulayıb. Təşkilat bu məsələ ilə əlaqədar Rusiya Federasiyasının müxtəlif bölgələrində fəaliyyət göstərən qurumların etiraz səsini ucaltmasını, bu hadisədə günahkar olanların cəzalanmasına nail olana qədər  müraciətlərini, bəyanatlarını əsirgəməmələrinin zəruri olduğunu bildirib.(modern.az)

Paylaş: