Bz. Noy 17th, 2019

“Hansı erməni istəyir gəlib burda yeyir-içir, nərd oynayır…” – Aqil Abbas

Bu gün UEFA İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının final oyunu üçün Bakıya gətirib-gətirməməklə bağlı qərarını açıqlayacaq. 

Turkustan.info bildirir ki, “Yeni Sabah” məsələ ilə bağlı millət vəkili Aqil Abbasın fikirlərini öyrənib. O, futbolçunun gəlişi ilə bağlı problemin olmadığını və razılıq verildiyini söyləyib: 

“Bu, gündəm deyil, mənasız söz atışmasıdır. Mxitaryanın Azərbaycana gəlməsinə qadağa qoyurlar ki? Ermənilər guya, Azərbaycanı su yolu etməyiblər? Hansı erməni istəyir burada dədəsinin köhnə evinə gəlir. Yeyir-içir, nərd oynayır. Erməniyə Azərbaycana gəlməyə qadağa var ki? Harda yazılıb? Bu barədə Xarici İşlər Nazirliyi, AFFA açıqlama verib. Gələn gəlir gəlsin, gəlməyən cəhənnəmə gəlsin də. Mxitaryan problemi millət üçün “Qarabağ” problemi olub? Ermənilər bura yarışlara gəlib, medal qazanıblar”. 

A.Abbas futbolçunun “Arsenal”ın “Qarabağ”la oyun zamanı Bakıya gətirilməməsindən də danışıb: 

“Onda məsələ heç bu qədər böyümədi. İndi də gələcəkdi. Gətirməməklə şou düzəldirlər. Mxitaryanı buraxmırlarmış. Rəsmi deyirik ki, gəl də. Hələ bir belimizə də alıb gəzdirəcəyik? Daha nə istəyirlər bunlar?! Nağıl danışırlar. Bu, Azərbaycanı gözdən salmaqdır”. 

Deputat Mxitaryanın gəlişinin təhlükəsizlik baxımından problem yaratmayacağını vurğulayıb:

“Kimsə ona qadağa qoymayıb. Komanda oynayır, komanda ilə gəlib oynunu oynaya bilər. Azərbaycandan təhlükəsiz respublika yoxdur. “Arsenal”da türk oyunçusu oynayır deyə, tərəfini saxlayıram. Özil oynamırsa, “Arsenal” mənim üçün maraqsız komandadır. Mxitaryanın özü də mənim üçün maraqsız bir adamdır. Mənim komandam “Qarabağ” və “Barselona”, Azərbaycan və Türkiyə millisidir”.

Paylaş: