Be. Sen 23rd, 2019

“Tarqovı”ya girişin məhdudlaşdırılması xəbərinə – RƏSMİ AÇIQLAMA

Mayın 25-dən 31-dək “Tarqovı”, İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılması ilə bağlı mətbuatda yayılan məlumatlara Daxili İşlər Nazirliyi münasibət bildirib.

Turkustan.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BAKU.WS-ə açıqlama verib. Onun sözlərinə görə, nazirlik bu barədə heç bir məlumat yaymayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən belə bir məlumat yayılmayıb”, – deyə Ehsan Zahidov bildirib.

Paylaş: