Bz. Avq 18th, 2019

Sumqayıt Dövlət Rəsm Qalereyası “Nəsimi ili” çərçivəsində “İki cahan” adlı plener-müsabiqə keçirib

Sumqayıt şəhər Nəsimi adına mədəniyyət və istirahət parkında Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə “Nəsimi ili” çərçivəsində klassik Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İki cahan” adlı plener (açıq səma altında etüd)-müsabiqə keçirilib. 

Müsabiqənin keçirilməsində məqsəd gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, mədəni ictimaiyyətin diqqətini incəsənətin etüd sahəsinə cəlb etmək və böyük mütəfəkkirin irsini uşaq və yeniyetmələr arasında təbliğ etməkdir.

Müsabiqədə 4 saylı Diyarşünaslıq klubu, Bülbül, S.Rüstəmov və Ə.Bakıxanov adına  uşaq incəsənət məktəblərinin ümumilikdə 25 şagirdi iştirak edib.

Müsabiqədə seçim turundan keçən rəsm müəllifləri Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsi tərfindən mükafatlandırılacaq.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş: