Ca. Avq 22nd, 2019

ADAU-nun rektoru Polşanın Təbiət Elmləri Universitetində səfərdədir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Polşanın Varşava Təbiət Elmləri Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində hər iki ali təhsil müəssisəsi arasında müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd olunan universitetdə səfəri çərçivəsində mövcud olan əlaqələrin daha da genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunaraq ilkin razılıq əldə edilib.

Səfər müddətində universitetin maddi-texniki bazası, tədris və elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanışlıq olub.

Paylaş: