Şb. Sen 21st, 2019

Akif Nağı Fuad Abbasovla bağlı səfirə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı jurnalist Fuad Abbasovla bağlı məlumatlara aydınlıq gətirilməsi tələbi ilə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova məktub göndərib.

Məktubda göstərilir: Moskvada yaşayan azərbaycanlı jurnalist, bloger Fuad Abbasovla bağlı Sizə müraciət edirik. Mətbuatda, sosial şəbəkələrdə onun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülməsi, fiziki təzyiqə məruz qalması, qanunsuz olaraq həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Bu fakt təsdiqini taparsa, Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərər vura bilər. Ona görə də hesab edirik ki, Siz bu məsələni təcili araşdırmalı və dərhal Azərbaycan ictimaiyyətinə uyğun açıqlama verməlisiz. (moderator.az)

Paylaş: