Ç. Avq 21st, 2019

“Arsenal” azarkeşlərindən TƏXRİBAT: Onlar da ermənidir…

İngiltərənin “Arsenal” klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.

Fanatlar Tvitter sosial şəbəkəsində “Çelsi”nin futbolçuları Nqolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.

Onlar hər üç futbolçunun erməni olduğu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.

Riçard adlı Tvitter istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.

Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. (report)

Paylaş: