Be. Sen 16th, 2019

Azərbaycanlı Yusif Rusiyanın ən zəngin vərəsəsi oldu – FOTOLAR

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif “Forbes” jurnalı tərəfindən artıq dördüncü ildir ki, ardıcıl olaraq Rusiyanın ən zəngin varisi kimi tanınıb.

Reytinqə varislərinə daha çox sərvət ayıran 20 ailə daxil edilib. Reytinqi tərtib etmək üçün jurnal milyarderlərin sərvətini onların bütün qanuni övladları arasında bölür.

“Yenə də ən zəngin varis (21,8 milyard dollar) Yusif oldu”, – deyə jurnal bildirib.

Siyahıda yer alan 20 ailənin 48 uşağının olduğu, bu uşaqların hər birinə ən azı 2,3 milyard dollar vəsait çatacağı da aydın olub.

“Forbes”in qiymətləndirməsinə görə, 2019-cu il aprelin 19-u tarixinə Rusiyada 103 milyarder var. Onların sərvətinin ümumi həcmi 440 milyard dollardır.

2018-ci ilin martında V.Ələkbərov jurnalistlərə bildirib ki, öz kompaniyasının səhmlərini varislərinə köçürmə yolu ilə təhvil verəcək, səhmlərin parçalanmasına imkan verməyəcək. 2017-ci ilin payızında “Bloomberq”ə verdiyi müsahibəsində isə milyarder şirkəti idarə edəcək adam axtardığını bildirmişdi. Neft maqnatı demişdi ki, onun işi həddən artıq ağırdır və oğlu bu rola uyğun gəlmir. (teleqraf.com)

Paylaş: