Be. Sen 23rd, 2019

Bakı bulvarında qadın özünü dənizə atdı – VİDEO

Dənizkənarı Bulvarda qadın intihara cəhd edib.

Turkustan.info-nun məlumatına görə, 32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı Bulvar ərazisində özünü dənizə atıb.

Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Onu sudan çıxarmaq mümkün olub.

N.Babayeva dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.

/Oxu.Az/

Paylaş: