Be. Avq 19th, 2019

“Oxu bayramı” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edildi

Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Oxu bayramı” müsabiqəsi təşkil olunmuşdur. 
Turkustan.info bildirir ki, müsabiqənin məqsədi əhalidə mütaliə vərdişlərini inkişaf etdirmək, kitaba, mütaliəyə marağı artırmaqdır. 
M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy müsabiqədə l yerə layiq görülmüşdür.
Qaliblərin mükafatlandırma mərasimi Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirildi.

“Oxu bayramı” müsabiqəsinin qaliblərinə  mükafatlar təqdim edildi
“Oxu bayramı” müsabiqəsinin qaliblərinə  mükafatlar təqdim edildi

Paylaş: