Şb. Sen 21st, 2019

UEFA-dan “Arsenal”a XƏBƏRDARLIQ

Arsenal fans cheer during the English FA Cup final match between Arsenal and Hull City at Wembly Stadium in London on May 17, 2014. AFP PHOTO/ADRIAN DENNIS NOT FOR MARKETING OR ADVERTISING USE / RESTRICTED TO EDITORIAL USE (Photo credit should read ADRIAN DENNIS/AFP/Getty Images)

UEFA İngiltərənin “Arsenal” klubuna xəbərdarlıq edib.

Qitə futbol qurumu “Arsenal”ı Bakıda “Çelsi” ilə keçirəcəyi Avropa Liqasının final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb.

Qeyd edək ki, “Arsenal” erməni futbolçusu Henrix Mxitaryanı şəxsi istəyi ilə Bakıya gətirməyəcək. “Arsenal” fanatlarının oyunu futbolçunun maskasını taxaraq izləyəcəyi, həmçinin UEFA-nı final məkanı üçün Bakını seçməsinə görə ittiham edəcəkləri barədə post hazırlayacaqları ehtimal olunur.

Qeyd edək ki, final matçı mayın 29-u, saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Paylaş: