Ça. Avq 20th, 2019

Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər – VİDEO

Cənubi Avstraliya polisi keçən həftə Mount Gambier şəhəri yaxınlığında düşən meteoritin təhlükəsizlik kamerasına yansıyan görüntülərini paylaşıb.

Turkustan.info Metbuat.az-a istinadən bildirir ki, polis paylaşdığı görüntüyə “xalqım, yadplanetlilərə diqqət edin” – açıqlamasını verib.

Cənubi Avstraliya polisi deyib ki, Gambier dağındakı təhlükəsizlik kameramız bu qeyri-adi atəş topunu çərşənbə axşam 22:46-da qeyd edib. Polis əhalini yadplanetlilərlə bağlı daha diqqətli olmağa çağırıb və hər hansı şübhəli məqama rast gəldiklərində polisə bildirmələri barədə xəbərdarlıq yayıb.

Polisin bu paylaşımı bir çox sosial media izləyicisi tərəfindən komik hesab edilib. 

Paylaş: