C. Noy 15th, 2019

Bakıda “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi – bələdiyyələrin gender əsaslı təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib – FOTO

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində Siyasi Partiyalarla Görüş.

Mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının iştirakı ilə dəyirmi masa keçirildi. Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova çıxış edərək, layihənin əhəmiyyəti və 2019-cu il bələdiyyə seçkiləri öncəsi siyasi partiyaların aktivliyi, həmçinin partiyalarda təmsil olunan qadınların bələdiyyə idarəçiliyində təmsilçiliyinin vacibliyi haqqında danışdı.

Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri xanım Nurlana Əliyeva çıxış etdi. Rektor ölkədə qadınların cəmiyyətdəki nüfuzu, onların mənəvi potensialı, əldə etdiyi nailiyyətlər və ümumilikdə gender siyasəti haqqında danışdı. O, bildirdi ki, 1995-ci ildə yaradılan YAP Qadınlar Şurasının nümayəndələri bütün bələdiyyə seçkilərində aktiv iştirak edib və yüksək təmsilçilik əldə etmişdir. Qadınların cəmiyyətimizdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində görülən işləri yüksək dəyərləndirən N.Əliyeva qadınları belə tədbirlərdə fəallıq göstərməyə çağırıb, həmçinin onların qərarvermə prosesində və yerli özünü idarəetmədə iştirakının artırılmasına töhfə verilməsinə yönəlmş layihədə aktiv iştirakının və əməkdaşlığının rolunu vurğulayıb.

Daha sonra “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin koordinatoru xanım Lyudmila Xəlilova layihə haqqında geniş prezentasiyanı təqdim etdi. O, bildirdi ki, layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünü idarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Məqsədlərə çatmaq üçün qarşıya qoyulan vəzifələr, fəaliyyətlər və əldə olunacaq nəticələr haqqında məlumat veren layihə koordinatoru, 9 regionu əhatə edən layihənin icrası zamanı  Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa, Qazax rayonlarında mövzu ətrafında geniş maarifləndirmə tədbirlərinin həyata keçiriləcəyini qeyd etdi. Eyni zamanda qadınların bələdiyyələrdə təmsilçiliyini zəiflədən problemlərə də toxunan xanım Xəlilova vurğulayıb ki, layihə fəaliyyətlərinin icrasının Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi 5-ci Məqsəd və xüsusi ilə 5.5-ci hədəfi – Qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakının, həm də bərabər imkanların təmin olunması barədə ictimaiyyətin məlumatlandırılmasında, 2019-cu il bələdiyyə seçkilərində qadın seçici, namizəd və müşahidəçi mədəniyyətinin inkişafında, qərarların qəbul edilməsi prosesində öz namizədlərinin iştirakının dəstəklənməsi və ölkədə siyasi aktiv qadınların şəbəkəsinin genişləndirməsində əhəmiyyətli rolu var.

Həmçinin tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri xanım Rəna Mirzəzadə Dayanıqlı İnkişafın Gender Məqsədləri və yerli səviyyədə qərarvermə prosesində qadınların rolu mövzusunda dəyirmi masa iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Paylaş: