Ça. Noy 12th, 2019

Bu, Azərbaycana hədiyyə deməkdir – Rüstəmyan

Hökumətin sevgi və həmrəylik qışqırıqları fonunda cəmiyyətdə nifrət və düşmənçilik güclənir.

Bunu Daşnaksütyun Partiyasının bürosunun sədri Armen Rüstəmyan partiyanın İrəvanda dünən axşam təşkil etdiyi mitinqdə deyib.

“Hakimiyyət anlamır ki, keçmiş hakimiyyətlərlə bağlı daimi müqayisələr aparmaqla onlara bənzəməyə başlayır. Keçmişdə çoxlu yaxşı şeylər də olub. Özünüzə gəlin, tarix sizdən başlamır. Əldə edilənləri qiymətləndirməsək, hər şeyi itirə bilərik”, – deyə o bildirib.

Paşinyanın Qarabağda sui-qəsdçilər olması bəyanatına toxunan Rüstəmyan bunun Ermənistan üçün təhlükəli olduğunu deyib:

“Əgər bu bəyanatlar konkret fakt yox, yalnız şübhələrdisə, o zaman bu təhlükəlidir. Bu, Azərbaycan üçün hədiyyə deməkdir. Belə təəssürat yaranır ki, müəyyən şəxslər hakimiyyəti ələ alsalar da, nə edəcəklərini bilmirlər. Bu mitinqlə hakimiyyətin saxlanılması üçün siyasi və vətəndaş prosesi başlamalıdır. Biz blokada və müharibə şəraitindəyik, amma bu şəraitdə inkişafa məcburuq. Biz ölkəni düşmənə güzəştə getmədən inkişaf etdirməliyik”. (axar.az)

Paylaş: