Ça. Noy 12th, 2019

Dini tolerantlığın yüksəldilməsi yolunda həyata keçirilən islahatlar

Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni inkişafı, ölkəmizin Avropaya inteqrasiyası, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, dövlətimizin yeni-yeni beynəlxalq konvensiyalara qoşulması başqa sahələrdə olduğu kimi, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər sahəsində də qanunvericiliyin müasir tələblərə uyğun şəkildə dəyişdirilməsini zəruri etmişdir.

Göstərilən zərurətdən irəli gələn səbəblərə görə, AR Milli Məclisinin 10 iyun 2011-ci il tarixli iclasında “Dini etiqad azadlığı haqqında” qanuna bəzi dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən ən mühümü “Peşəkar dini fəaliyyət və din xadimi” adlı yeni maddənin mövcud qanuna əlavə edilməsidir. Qanuna əlavə edilən bu maddə iki hissədən ibarətdir. Bu maddənin birinci hissəsi – “peşəkar dini fəaliyyət”, ikinci hissəsi isə “din xadimi” – anlayışlarını ifadə edir.

Burada “peşəkar dini fəaliyyət” dedikdə – dini mərasimlərin tələb olunan səviyyədə keçirilməsi, dini tərbiyə, dini təhsil, dinlərin yayılması, dini ayinlərin icrası, moizə və xütbələrin oxunması, “Quran”ın düzgün təfsir olunması və s. başa düşülür. “Din xadimi” dedikdə isə ali və orta səviyyəli dini təhsilə malik olan, peşəkar dini fəaliyyətlə məşğul olan, xalq arasında öz dini savadı ilə fərqlənən din xadimi başa düşülür. Qeyd edək ki, qanun qəbul olunan vaxtlarda (1992) Azərbaycan cəmiyyətində peşəkar din xadimi anlayışı yox idi.

Fikrimizcə, görünür bu səbəbdən 1992-ci ildə mövcud qanun qəbul edilən zaman bu qanuna “dini fəaliyyət və peşəkar din xadimi” ilə bağlı ayrıca maddə daxil edilməmişdir. Lakin müstəqil respublikamızın indiki dövründə ümumi dünyagörüşünə görə müasir tələblərə cavab verən, hərtərəϐli dini savada malik olan, dinşünaslıq və ilahiyyat ixtisası sahəsində yaxşı mütəxəssislərin fəaliyyətinə mühüm sosial ehtiyac vardır. Məhz bu sosial ehtiyac “peşəkar din xadimi” anlayışının mövcud qanunvericilikdə hüquqi cəhətdən təsbit olunmasını zəruri etmişdir. 59 Göstərmək lazımdır ki, məlum (ideoloji) səbəblərə görə sovet dönəmində Azərbaycanda ali dini təhsil almaq mümkün deyildi. Çünki keçmiş SSRİ-də islam dini üzrə ali dini təhsil təkcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində mövcud idi. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin indiki başçısı şeyxülislam Hacı Allahşükür Paşazadə, vaxtilə həmin Daşkənd universitetində ali dini təhsil almışdır. Yuxarıda göstərilən səbəblərə görə, o vaxtlar peşəkar din xadimlərinin hazırlanması qeyri-mümkün olsa da, o dövrdə leqal və ya qeyri-leqal şəkildə Azərbaycanda mollalıqla məşğul olanlar var idi. Həmin mollalıqla məşğul olanların bəziləri öz dindar valideynlərindən, bəziləri də yaşlı molla yanında qeyri-leqal şəkildə müəyyən dini dərs alaraq Quran oxumaq, yas mərasimlərini idarə etmək, kəbin kəsmək, məhərrəmlik mərasimi dövründə məscidlərdə fəaliyyət göstərmək və s. şəriət işlərini yerinə yetirməklə məşğul idilər. Əlbəttə, bu mollaların əksəriyyəti dini savadı az olan, dini ayin və mərasimləri öz bildikləri kimi şərh edən, təbiət hadisələrini elmi cəhətdən izah edə bilməyən, mövhumat və xurafata çox meylli insanlar idi.

Məhz buna görə də, dini mərasimlərdə iştirak edən və islam dininin əsl mahiyyətini anlamağa çalışan bir çox insanlar, xüsusən, gənclər həyatda baş verən bəzi sosial-təbii hadisələrin elmi səbəblərini dərk etmək üçün dinlə bağlı kifayət qədər müəyyən suallara qaneedici cavablar ala bilmirdilər. Gənclərimizin dini mərasimlərdə, o vaxtkı mollalardan kifayət qədər dini bilgilər ala bilməməsinin əsas səbəblərindən biri, əvvəla, həmin mollaların əksəriyyətinin savad dərəcəsinin aşağı olması idi. İkincisi isə, həmin dövrdə bəzi mollaların peşə yönümü və sosial vəziyyəti də insanları qıcıqlandırırdı.

Məsələn, vaxtilə sürücü, satıcı işləmiş, hətta həbsxanalarda yatıb-çıxmış adamların, sonradan molla kimi dini mərasimləri idarə etməsi və dini əxlaqdan danışmasını 60 insanlar həzm edə bilmirdilər. Məhz bu kimi hallar o vaxtkı mollalara qarşı insanlarda mənϐi münasibətin formalaşmasına səbəb olurdu və həmin mollalar cəmiyyətdə peşəkar din xadimi statusuna yiyələnə bilmirdilər. Lakin bununla yanaşı, sovet dönəmində də, tək-tək də olsa, dinşünaslıq və ilahiyyatı yaxşı bilən, öz savadı, davranışı və əxlaqı ilə xalq arasında xüsusi hörmətə malik olan din xadimləri olmuşdur. Məsələn, o vaxtlar xalq arasında böyük nüfuza malik olan Mir Məhəmməd ağa, Mir Sultan ağa, Şeyx Məhəmməd, Mir Səfər ağa və s. kimi din xadimləri nəinki, Cəlilabad və Biləsuvarda, hətta bütün cənub bölgəsində tanınırdı. Bu cür din xadimlərini tanıyan insanlar indi də onları hörmət və ehtiramla xatırlayırlar. Fikrimizcə, vaxtilə xalq arasında hörmət və nüfuz sahibi olmuş bu cür din xadimlərinin həyat və fəaliyyətlərinin işıqlandırılması, indiki gənclərimizdə milli-mənəvi və dini dəyərlərimizinformalaşdırılmasına müəyyən fayda verə bilər. Ümumiyyətlə, dini etiqad azadlığı cəmiyyətdə təkcə hüquqi məsələ deyil, bu həm də insanların ictimai şüuru ilə bağlı olan sosial məsələlərdəndir. Buna görə də, cəmiyyətimiz inkişaf etdikcə dini etiqad azadlığı ilə bağlı olan mövcud qanunvericilik sahəsində yeni-yeni əlavə və dəyişikliklərin baş verməsini zəruri hesab edirik.

Son illərdə dini etiqad azad lığı ilə əlaqədar olan qanunvericiliyə edilən əlavə və də yişikliklər ölkəmizdə dini tolerantlığın yüksəldilməsini göstərən faktlardan biridir. Hazırki şəraitdə dini etiqad və vicdan azadlığının ölkəmizdəki durumunu şərh edən prezident İ.Əliyev bu azadlıqların ölkə qanunvericiliyinə və beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsini vurğulayaraq dini etiqad azadlığının hüquqi və sosial əhəmiyyətindən bəhs edərək demişdir: “Bu gün ölkəmizdə dini etiqad və vicdan azadlığının Azərbaycan Respublikasının Konsti- 61 tusiyasına, eyni zamanda, beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsi üçün zəruri hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları və təriqətlər dini inanclarını azad və sərbəst şəkildə icra edirlər. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sineqoqun inşası, vaxtilə bolşeviklər tərəϐindən dağıdılmış rus provoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq, dindarların istifadəsinə verilməsi – bütün bunlar Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstərilmişdir.

Yazı Əqli Mülkiyyətçilərə Kömək İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” layihəsi çərçivəsində dərc olunur.

 

Paylaş: