C. Noy 15th, 2019

Gəncləri Milli Məclisə topladılar – Yeddi saat görüş olacaq

Bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin görüşü keçirilir.

Turkustan.info xəbərinə görə, görüşdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak edirlər.

Görüşə bir sıra dövlət qurumlarının – komitə və nazirliklərin rəsmi şəxsləri qatılıblar.

Təxminən yeddi saat davam edəcək görüşdə hər üç vitse-spikerin müxtəlif məsələlər, mövzular üzrə geniş məruzəsi nəzərdə tutulur.

Bununla yanaşı, görüşə qatılması gözlənilənlər arasında Gənclər və İdman naziri Azad Rəhimov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də var.

Hazırda görüş iştirakçıları MM-dəki Heydər Əliyev Muzeyi və parlamentin iclas zalı ilə tanış olurlar.  /Oxu.Az/

Paylaş: