C. Noy 15th, 2019

Koçaryan yenidən həbs oluna bilər- Məhkəmənin qərarından şikayət verildi

Ermənistanda prokurorlar keçmiş prezident Robert Koçaryanın məhkəməsinin təxirə salınması və barəsində həbs qətimkan tədbirinin ləğvindən apellyasiya şikayəti veriblər. Baş Prokurorluqdan mayın 23-də  bildirilib ki, ilkin instansiya məhkəməsinin hər iki qərarından şikayət verilib.

Koçaryan 2008-ci ilin aprelində başa çatmış onillik hakimiyyətinin son həftələrində konstitusiya quruluşunu devirməyə görə mühakimə olunurdu. Mayın 8-də Yerevanda məhkəmə onu azadlığa buraxıb. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionun de-fakto liderləri ona zamin durublar.

İki gün sonra məhkəmə cinayət təqibini təxirə saldığını, işi Konstitusiya Məhkəməsinə göndərdiyini bildirdi.

Nikol Pashinian

Bu qərardan sonra Baş nazir Nikol Paşinyan ölkə ədliyyəsində radikal islahata çağırdı. O, məhkəmələrin çoxunun legitimliyini itirdiyini, bir çox hakimlərin keçmiş hakimiyyətə sadiq olduğunu deyib.

Koçaryan orduya müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verməkdə ittiham olunur. O zaman müxalifət 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisinin nəticəsinə etiraz edirdi.

Keçmiş prezident ittihamları siyasi motivli adlandırır. 2008-ci il martın 1-də başlanmış etirazlarda səkkiz etirazçı, iki polis əməkdaşı öldürülüb. Koçaryan 1998-2008-ci illərdə prezidentlikdən öncə separatçı Dağlıq Qarabağ regionunun lideri olub.

Paylaş: