Ç. Noy 20th, 2019

Luiş Fiqu Bakı finalı ilə bağlı müraciət yaydı – VİDEO

Portuqaliyalı sabiq ulduz futbolçu Luiş Fiqu bu dəfə azarkeşlərə müraciət edib. 

 “Barselona” və Madrid “Real”ının əfsanəvi futbolçusu azarkeşləri mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa baxmağa dəvət edib:

“Əziz dostlar, beş günə Bakıda möhtəşəm final olacaq. Mən də orada olacağam. Bu anı əldən qaçırmayın!”

Qeyd edək ki, o, daha əvvəl Avroliqada fəaliyyət göstərəcək könüllülərə müraciət etmişdi.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək. Matç mayın 29-da, saat 23:00-da start götürəcək. (oxu.az)

Paylaş: