C. Noy 15th, 2019

QHT bəyanat yaydı: “Beynəlxalq Konvensiya normalarının ayaq altına atılmasıdır”

Müvəkkil Hüquq Mərkəzi Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş jurnalist Fuad Abbasovun müdafiəsi ilə bağlı bəyanat yayıb. QHT.az bəyanatın tam mətnini təqdim edir:

Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycanlı jurnalist Fuad Abbasovun həbs edilməsi zamanı onun fiziki zorakılığa məruz qalması, işgəncə və qeyri-insani rəftarla müşayiət olunan həbs edilməsi anının videoçəkilişinin aparılaraq mediada məqsədyönlü şəkildə yayılmasını hiddətlə qarşılayır və insan hüquqlarına qəsd kimi qiymətləndiririk. Həmçinin, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan onunla cinayətkar kimi davranılmasını fundamental insan hüquqlarının ən vacib komponenti olan təqsirsizlik prezumsiyasının pozulması kimi dəyərləndiririk. Yol verilmiş hüquq pozuntuları Rusiya Federasiyasının Konstitusiyasına cinayət-prosessual qanunvericiliyinə ziddir, dövlətin tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların normalarının ayaq altına atılmasıdır.

Eyni zamanda, Jurnalistə qarşı bu cür davranış Rusiya-Azərbaycan ikitərəfli strateji dostluq, əməkdaşlıq və qonşuluq siyasətinə zərbə vurur.  

Rusiya Federasiyası hökümətinin insan hüquq və azadlıqlarına qəsd edilməsi ilə müşayət olunan bu hadisənin səbəbkarlarının tezliklə aşkar edilərək cəzalandırılacağına inanırıq. 

Müvəkkil Hüquq Mərkəzinin 

sədri Səməd Vəkilov

24 may 2019-cu il

Paylaş: