C. Noy 15th, 2019

Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 illiyi olacaq. Ötən il Cümhuriyyətimizin yaranmasının 100 illiyi ilə bağlı tədbirlər keçirildi, Cümhuriyyət tarixinə dair yeni araşdımalar otaya qoyuldu. Bəs Azərbayacn Xalq Cümhuriyətinin 101-ci ildönümündə hansı işlər görüləcək?

Məsələ ilə bağlı danışan tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də yeni araşdırmalar ortaya qoyulacaq.

“İki gün əvvəl mənim bir kitabım çapdan çıxdı, yaxınlarda da bu kitabın təqdimatı olacaq – “Azərbaycanda yaşamış polyakların faəliyyəti”. Bu kitab çox əhəmiyyətlidir, çünki o dövrdə polyaklar var idi ki, Azərbaycan dövlətçiliyinə xidmət edirdilər və Cümhuriyyətimizin yaranamasında, formalşamasında fəallıq göstərirdilər. Onların bütün fəaliyyətini əhatə edən kitabı çap etmişik, Polşa səfirliyi də bu işdə müəyyən dəstək verib”.

Tarixçi bildirib ki, Cümhuriyyət tarixindən danışmaq üçün onu tədbirlərə çağırıblar.

“Gənclər Fondu bir neçə tədbirə, görüşlərə çağırıb, gedib iştirak etmişik. Qarşıdakı həftənin birinci günü də bir neçə görüşdə olacağıq. Bu görüşün gənc həbrçilərlə olacağı gözlənilir”.

N.Yaqublu bildirib ki, görkəmli mütəfəkkir Əhməd Ağaoğlu ilə bağlı bir neçə cildlik araşdırmalara başlanılıb. 

“Mən də bununla bağlı bir neçə iş görəcəm, bu da Əhməd Ağaoğlunun 150 illiyinə həsr oluncaq. Azərbaycan Cümhuriyyətinin yaradılmasında ilk fəallıq göstərənlərdən biri də Əhməd Ağaoğlu idi. Bu istiqamətlərdə çalışmalar,araşdırmalar davam edir. Bizim bir neçə tədqiqatçımız var ki, onlar da Cümhuriyyətimizlə bağlı bir sıra dəyərli yazılar hazırlayıblar”.

“Nəhayət Məhəmməd Əmin Rəsulzadənin mühacirətdəki əsərlərinin ikinci cildini nəşrə hazırlayıq” deyən Nəsiman Yaqublulu belə deyib:

“Demək olar ki, böyük məqalələrin çoxu yazılıb, artıq redaktə prosesindədir. Birinci cildi ötən il buraxmışıq, ikinci cildi də bu ilin sonuna çap etdirməyi istəyirik. Ümumilikdə isə Rəsulzadənin mühacirətdəki əsərlərinin 10 cildliyini hazırlamağı planlaşdırıram. Düşünürəm ki, bu da bizim Cümhuriyyətimizə bir töhfəmiz olacaq”. 

Nəsiman Yaqublu deyib ki, Cümhuriyyət tarixinin araşdırılması dövlət səviyyəsində görülən iş olmalıdır:

“Dövlətin bu işlərə ciddi dəstəyi olmalıdır. Amma təəssüflər ki, bu işdə dövlətin dəstəyini çox az hiss edirik. “Rəsulzadənin Mühacirətdəki Əsərləri”nin ikinci cildini hazırlayıram, amma bilmirəm ki, onu necə çap etdirəcəm. Eləcə də vəziyyət Əhməd Ağaoğlu ilə və digər Cümhuriyyət qurucuları ilə bağlıdır. Yəni bunların hamısına dövlət ciddi dəstək verməlidir, bir mərkəz yaradılmalıdır və həmin mərkəz bu şəxsiyyətlərin irsinin yayılmasına ciddi kömək etsin. Bu iş pərakəndə şəkildə, kiminsə şəxsi istəyi və imkanları səviyyəsində aparılmamalıdır. Bu, 100 illikdə də bir problem olaraq qaldı, 101 illikdə də qalır. Təəssüflər ki, bu problem həll edilmir”.

Tarixçi bildirib ki, cümhuriyyət irsinə sayğıyla, diqqətlə yanaşmaq lazımdı:

“Bizim taximizin ən şərəfli dövrü Cümhuriyyət dövrüdür. Çünki biz bu gün hansı problemimizi sadalasaq, Cümhuriyyət dövründə o problem həll olunmuşdu. Ona görə həmin problemlərin həlli yolunu araşdırsaq, bu gün də problemin həllinə nail ola bilərik. Məsələn, Qarabağ problemini onlar həll etmişdi, öyrənək görək buna necə nail olmuşdular? Azərbaycanın dünyada tanıdılmasında onlar daha yaxşı nəticə əldə eləmişdilər, öynərək görək biz necə edə bilərik?Azərbaycanın maliyyə məsələsi, dövlət bankı məsələsi, vergi məsələlərini onların necə qaydasına saldığını öyrənməliyik. Bu mənada deyirəm ki, cümhuriyyət irisini öyrənmək lazımdır”. (modern.az)

Paylaş: