Şb. Sen 21st, 2019

“Arsenal” Bakıda – FOTOLAR

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq “Arsenal” Bakıya gəlib.

Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, londonluların təyyarəsi Bakı vaxtilə saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib. “Arsenal” paytaxtımızda “Fairmont” otelində məskunlaşacaq.

Qeyd edək ki, “Çelsi” – “Arsenal” oyunu mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Paylaş: