Ça. Avq 20th, 2019

Çelis klubu Bakıya gəlmək istəyən azerkeşlərinə dəstək olmayacaq – Açıqlama

İngiltərənin Çelsi klubu Azərbaycanın futbol klubunun azarkeşlərinə Bakıya səyahət üçün yardım planlarına dəstək olmayacağını deyib. Çelsi Arsenal ilə Bakıda qarşılaşacaq və UEFA-nın şəhər seçimi ingilis azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb: Bakıya səyahət etmək heç də asan deyil.

Bakı rəsmiləri isə səyahətin bir yolu kimi azarkeşlərin qonşu Gürcüstana, oradan da yerdə qalan 580 kilometr məsafəni yerüstü nəqliyyat ilə qət etməyi məsləhət bilirlər.

“Klub bunu boynuna götürməyi düşünmür,” Çelis deyib. Bundan əvvəl azarkeşləri birləşdirən Çelsi Supporters Trust Çelis klubunu fanatlara yetərincə dəstək etməməkdə qınayıb.

“Biz azarkeşlərimizin oyun üçün Azərbaycana səyahət ilə bağlı qarşılaşdığı problemləri anlayırıq,” Chelsea deyib. Klub əlavə edib ki, o, Arsenal və Thomas Cook Sport adlı səyahət şirkəti ilə birgə azarkeşlərinin Azərbaycana səyahəti üçün iş aparıb.

“Əfsuslar olsun ki, klubun əlində olmayan bir sıra səbəblərdən bunun təşkil edilməsi çətin və mürəkkəb prosesə çevrilib,” o deyib. “Buraya stadionun Londondan 4000 km uzaq olması, Bakıdakı finala çatmaq üçün əlverişli uçuşların azlığı, eləcə də nəqliyyat infrastrukturunun əlverişsizliyi daxildir.”

Azərbaycan tərəfi Avropa futbolunun idarəedici orqanı UEFA-ya bildirib ki, onlar “hər iki klubun azarkeşlərinin Bakıya çatması üçün alternativ üsullar” təşkil ediblər, Çelsi izah edib.

Bu isə qonşu Gürcüstanın paytaxtı Tbilisiyə səyahət edib, oradan da yerüstü nəqliyyat ilə Bakıya getməkdir. Tbilisi ilə Bakı arasındakı məsafə 580 km-dir və adətən 12 saatlıq qatar səyahəti vasitəsilə baş tutur. “Biz yerli təşkilatçı komitəyə bu variantı irəli sürməsinə görə minnətdarıq,” Çelis deyib.

“Bu, Bakıya birbaşa uçuşdan daha ucuz olsa da, rahat səyahət deyil və Tbilisidən Bakıya qatar səyahəti zamanı heç bir daimi dəstəkləyici təhlükəsizlik tədbirləri olmayacaq.

“Klub, hələ də Bakıya səyahət etməyi istəyən azarkeşlər üçün qənaətbəxş alternativ səyahət marşrutu kimi təsdiq edə bilməyəcəyini düşünür”. Klub deyib ki, təklif olunan əlavə çarter uçuşların “yararlı olması ilə bağlı qeyri-müəyyənlik” də mövcuddur. Klub, azarkeşlərə oyuna bilet əldə etmək üçün kömək məqsədilə “bütün müvafiq təşkilatlarla işləməyə davam edəcək” deyə əlavə edib.

Həm Arsenal, həm də Çelis üçün 6000 bilet ayrılıb. Arsenal ayrılan biletlərin yarısından çoxunu artıq satıb və Çelis üçün də vəziyyət demək olar ki eynidir. Çelis Supporters Trust deyib ki, “Çelisinin azarkeşlərə səyahət, xərclər və daşınma ilə bağlı kömək etmək istəməsi və ya edə bilməməsindən məyus olub.

“Trust Bakıya səyahət etmək istəyən azarkeşlər üçün klubun necə kömək edə biləcəyi ilə bağlı təklifinə baxmayaraq, heç bir tədbir görülmür”. Çelis Supporters Trustın daha bir qınağı azarkeşlərə kömək subsidiyasının çatışmamazlığı ilə bağlıdır: “Bu mövsüm yarışdan əldə edilən gəliri nəzərə alsaq, bunun kluba maliyyə təsiri cüzi kimi hesablanıb”.

Paylaş: