Ca. Avq 22nd, 2019

“Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılışında maraqlı tarixi faktı açıqlayıb.

Turkustan.info ONA-ya istinadla xəbər verir ki, DTX rəisi babasının Azərbaycan Xalq Cümhuriy­yətinin xəfiyyəsi işlədiyini açıqlayıb:  “Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işləyib. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində çalışıb. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gəncədə saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə qətlə yetiriblər, həyatını dəyişib”.

Paylaş: