Bz. Sen 15th, 2019

Nail Əzizov həm də ADAU-nun idman tarixinə töhfələr verir

Azərbaycan Dövlət Aqrar Universiteti təkcə nümunəvi təhsil müəssisəsi kimi tanınmır. Azərbaycanın idman şərəfinin qorunmasında da universitetin tələbələri bir sıra uğurlara imza atıb. Belə tələbələrdən biri də baytrlıq təbabəti və zoomühəndislik fakültəsinin rus bölməsinin 1-ci kurs tələbəsi Nail Əzizovdur.

Nail Əzizov idman dünyasına 8 yaşından qədəm qoyub.  İdmanın taekvondo növü ilə məşğul olub. Bir müddət sonra yeniyetmələr arasında keçirilən yarışda 45 kiloqram çəkidə iki qat respublika çempionu olur, beynəlxalq turnirlərə iştirak hüququ qazanır. Bir müddəd sonra idmanın poverliftinq növü ilə məşğul olmağa başlayır. Bu sahədə də idman həyatına uğur yaza bilir. Az sonra isə qaydasız döyüşə maraq göstərir və bu idman növündə gücünü sınayır. Nəhayət gərgin və əziyyətli məşqlər bəhrsini verir.. Beynəlxalq turnirlərin çempionu adına qədər şərəfli yol keçir. Özünün dediyi kimi ən böyük naaliyyəti isə Qafqaz  və ikiqat pespublika çempionu olmağıdır.

Nailin daha böyük uğurlara imza atacağı günlər isə qabaqdadır. ADAU-nun həm təhsil, həm də idman şərəfinə töhfələr verən bu gəncin sabah daha böyük uğur qazanacağına  inanırıq.

Paylaş: