Bz. Avq 18th, 2019

Ağdam Dövlət Dram Teatrında premyera!

Artıq sayılı günlər qalıb Ağdam Dövlət Dram Teatrının səhnəsində yeni bir canlanmanın, yeni bir bayram coşğusunun yaşanmasına.

Beləki teatr tezliklə – 29 may tarixində tamaşaçılarının və teatrsevərlərin qarşısına quruluşçu rejissor Səbuhi Əhmədovun quruluşunda yeni səhnə əsəri – əməkdar artist Novruz Cəfərovun “MƏN ÖLMƏYƏCƏM” iki hissəli qəmli komediyasının premyerası ilə çıxacaqdır. Milli vətənpərvərlik mövzusunu özündə əks edən səhnə əsəri müharibənin acı fəsadı – köçkün həyatından bəhs edilir.

Bir neçə teatr səhnələrində müxtəlif yaradıcı heyətin iştirak etdiyi səhnə əsərinə Ağdam Dövlət Dram Teatrı – quruluşçu rejissor Səbuhi Əhmədov yeni bir nəfəs vermişdir. Tamaşada Teatrın aparıcı və gənc aktyorları – əməkdar artist F. Yusifova, N. Ələkbərov, X. Xudadatova, Q. Abdullazadə, E. Mürşüdov, E. Cavadov və F. Fərhadzadə iştirak edirlər.

Tamaşanın rəssamı E. Balakişiyev,musiqi tərtibatı İ. Saatov, rejissor assistenti C.Yusifovdur. Biz də öz adımızdan və çoxsaylı izləyicilərimizin adından Ağdam Dövlət Dram Teatrının yaradıcı kollektivinə, tamaşanın hər bir iştirakçısına müvəffəqiyyətlər arzulayırıq!

Paylaş: