Ca. Avq 22nd, 2019

“Arsenal” futbolçuları Bakıda görün nə etmək istəyiblər – Şok təxribatın QARŞISI ALINDI

“Arsenal” klubu futbolçuları Avropa Liqasının Bakı finalı çərçivəsində təxribat törətmək istəyiblər.

Turkustan.info xəbər verir ki, “topçular” Azərbaycana gələ bilməyən erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək göstərmək üçün bir neçə ideya irəli sürüblər.

Əsas müzakirə olunan təklif finalda isinmə hərəkətləri zamanı arxasında Mxitaryanın adının olduğu köynəyin geyinilməsi olub. Lakin UEFA rəsmiləri futbolçuların bu niyyətindən xəbər tutub və təxribatın qarşısını alıblar.

Qeyd edək ki, stadiona daxil olan zaman həm meydanda, həm də meydançadan kənarda geyinilən istənilən idman forması, o cümlədən, futbolçuların isinmə hərəkətləri zamanı geyindiyi çiyinlik əvvəlcədən Avropanın ali futbol qurumu ilə razılaşdırılmalıdır.  /Publika.az/

Paylaş: