Be. Sen 16th, 2019

Mxitariyan İFŞA OLUNDU: erməni futbolçu ilə bağlı ilginc FAKTLAR

Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyunu üçün paytaxtımıza gəlməyən “Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitariyanla bağlı bəzi faktlar üzə çıxıb. Bununla xaricdən Azərbaycana qarşı bir futbolçunun üzərindən təşkil olunan iyrənc kampaniyanın detalları məlum olub.

“Arsenal” Mxitariyanı satışa çıxarmağı planlaşdırır. Hətta onun yay transfer dönəmində klubdan göndəriləcəyi deyilir. Çünki, o, artıq özünü doğrultmur. Bu səbəbdən komandanın son bir ildəki əksər oyunlarında ehtiyat skamyasında yer alıb. Digər tərəfdən Mxitariyan “Arsenal” üçün vazkeçilməz oyunçu da deyil. Ondan qat-qat peşəkar futbolçular komandada çıxış edir.

Əslində hiyləgər erməni oyunçusu bu şəkildə kampaniyada yer almasında maraqlı görünür. Çünki kifayət qədər reklam olunmaqdadır. Özü də yaxşı anlayır ki, potensialından qat-qat artıq reklam edilir. Bununla daha baha qiymətə satılacağını düşünür. “Arsenal” da belə zənn edir. Halbuki, müasir futbolda oyunçu potensialı çərçivəsində qiymətini maliyyədə də alır.

Bir məsələni də xatırladaq. Azərbaycan tərəfinin dəfələrlə Mxitariyanın təhlükəsizliyi ilə bağlı təminat verməsinə baxmayaraq, xaricdəki anti-Azərbaycan qüvvələri bu məsələdən əllərinə düşən fürsət kimi yararlanmağa çalışırlar. Ermənistan və erməni lobbisi tərəfindən kəmfürsətcəsinə Mxitaryan məsələsindən Azərbaycana qarşı istifadə olunur. 

BQP başqanı, deputat Fazil Mustafa Mxitariyanla bağlı son faktların reallığına inanır: “Çünki Mxitariyan çox aşağı səviyyəli bir oyunçudur. Onun oyununu rahat bir şəkildə detalına qədər izləmişəm. Hər halda ”Arsenal”ın türk əsilli futbolçusu Məsud Özül kimi meydançada faydalı bir oyunçu deyil. Mxitariyan Messi, Ronalda, Məhəmməd Salah deyil ki. Onu bu qədər şişirtmək həqiqətən də qiymətini qaldırmaq məqsədi güdür. Bu məsələdə əslində yanlış bir yola baş vurublar. Çünki sabah bu məsələ onların özlərinə qarşı da çevrilə bilər. Burada Azərbaycana qarşı olan haqsızlıq o dərəcədə böyükdür ki, bunun ancaq oyundan sonra cavabını səviyyəli şəkildə verməliyik. Göstərməliyik ki, Azərbaycandan başqa heç yerdə bu tədbir belə gözəl səviyyədə keçirilməyib. Bu kampaniyada ölkəmizə heç bir zərbə dəymədi. Kənardan kiminsə hürməyinə fikir verməyək, karvan öz işindədir. Azərbaycan onsuzda belə hallara alışıb. Final İrəvanda deyil, Bakıda keçirilir. Azərbaycan belə önəmli tədbirləri ölkəmizdə keçirməklə bölgənin ən gücü dövləti olması haqda dediklərini təsdiqləyir. Bir neçə il öncə Tiflisdə Çempionlar Liqasının finalı keçirildi. Amma Gürcüstan bu cür həyasızlıqla qarşılaşmadı. Çünki himayələri olduqları üçün belə kampaniyalar təşkil olunmadı. Necə olur ki, Azərbaycana yönəlir? Bu bizə qarşı olan qərəzli münasibətin bariz sübutudur. Hər şey hazır olub, öz işimizi görməliyik”.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli bildirdi ki, Mxitaryan İngiltərədə özünü doğrultmadı: “O, Bakıya gəlsəydi belə, əsas heyətdə çıxan deyildi. Erməni Afrikada da ermənidir. Əminəm ki, Mxitaryan özü bu çirkin kampaniyanın başında duranlardandır. İngilislər də bundan istifadə edib xeyir götürmək istəyirlər, Mxitaryanı reklam edib onu daha baha qiymətə satmaq üçün. Bu çirkin anti-Azərbaycan kampaniyasının arxasında ingilis maraqlari, erməni təbliğatı durur. Futbol bu prosesdə alət oldu, həm ingilislər, həm də ermənilər üçün. Lakin istənilən halda final Bakıda keçiriləcək. Əminəm ki, yüksək səviyyədə oyun baş tutacaq. Düşmənlərə Azərbaycanın bu uğuruna paxıllıq etmək qalacaq. Sadəcə olaraq Azərbaycan bu tip situasiyalara həmişə hazır olmalıdır və operativ cavab verməyə bacarmalıdır”.

Kənan Məstəliyev ile ilgili görsel sonucu

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev qeyd etdi ki, iddialarda doğruluq payı az deyil: “Yetərincə sıx olan futbolçu bazarında rəqabət güclüdür və ən kiçik şans belə böyük imkanlar yarada bilər. Nəzərə alsaq ki, ”Arsenal” hazırda zirvə döyüşündə yoxdur və bir qədər zəifləyib, lazımi uğurları qazana bilmir, klubun belə addımı atmaq istəyində olduğunu düşünmək olar. Mxitaryan da həmçinin. Henrix keçmiş MDB məkanının ən güclülərindən olsa da, Avropadakı ulduzu o qədər parlaq deyil. Ona görə də belə “reklam” ona da çox sərf edir. Bu yolla özünü başqa kluba “düzəldə” bilər. Ancaq nəzərə almaq lazımdı ki, bu təhlükəli oyundur. Həm klub, həm də oyunçu özlərini “yandıra” bilərlər. Çünki digər komandalar da uşaq deyillər və gedişatı hiss edir”. (musavat.com)

Paylaş: