Ça. Okt 22nd, 2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Respublika günü münasibətilə silsilə tədbirlır keçirilib

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə 3 saylı orta məktəbdə “Azadlığa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən keçdiyi çətin və şərəfli yoldan, bu yolda olan uğur və nöqsanlardan söhbət açılıb. Sonda Mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova tədbir iştirakçılarına “İstiqlalımızın bayramı” adlı sərgi haqqında məlumat verib.

S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin 5 saylı orta məktəbdə keçirdiyi tədbirdə 28 May – Respublika günü ilə əlaqədar məlumat verilib. Sonra şagirdlər Vətənə həsr edilmiş müxtəlif şeirlər və dahilərin azadlıq, istiqlal haqqında müdrik fikirlərini, kəlamlarını söyləyib, mahnı oxuyub, rəqs ediblər. Tədbirdə kitab və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirilib.

Mərkəzi Uşaq kitabxanasında “Cümhuriyyət qurucuları” adlı xatirə günü keçirilib. Tədbirdə Xalq Cümhuriyyətinin yaradılması, tarixi əhəmiyyəti və tarixi fəaliyyəti, həyata keçirilən tədbirlər, qəbul edilmiş qərarlar, o cümlədən, Azərabycan Xalq Cümhuriyyətinin görkəmli qurucuları haqqında məlumat verilib. Sonra oxucuların ifasında azadlığımıza, suverenliyimizə həsr olunmuş “Azadlığın mübarək” və “Möhtəşəm Azərbaycan” adlı bədii kompazisiyalar nümayiş olunub, “Cümhuriyyət nəğməsi” mahnısı dinlənilib. Sonda tədbir iştirakçıları  “Azərbaycan Xalq Cümhuriyyəti – 101” adlı kitab sərgisi ilə tanış olublar.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Milli dövlətçilik tariximiz” adlı oxucu konfransı keçrilib.Tədbirdə AXC-nin yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib. Sonra mövzu ilə əlaqədar oxucuların fikirləri dinlənilib, mövzunu əhatə edən kitab sərgisi haqqında məlumat verilib.

Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verilib, vidoçarx nümayiş olunub,  məktəblilərin ifasında  vətənpərvərlik mövzusundə şeirlər dinlənilib.

Zəngilan rayon mədəniyyət işçiləri Sabirabad rayonun Rüstəmli və Güdəcühür qəsəbəsində zəngilanlı məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış massivlərində konsert proqramı ilə çıxış ediblər.

Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbində konsert keçirilib. Tədbirdə məktəbin xor kollektivinin ifasında “Üçrəngli Bayrağımız”  əsəri (sözləri: Əjdər Ağazadə, musiqisi: Zəki Şəfəq), Saz ansamblının ifasında Osmanlı divanisi, tar sinifinin şagirdlərinin ifasında  Şüştər dəraməti, Fortepianoda 7-ci sinif şagirdi Rəhimə Hacıyevanın ifasında  İ.S.Bax-İnvensiya Siminor əsəri dinlənilib. Sonda 2018-2019 Tədris İlində fərqlənən və keçirilən bütün tədbirlərdə fəal iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Paylaş: